Daxili İşlər Nazirliyi (DİN) Bakıda flaşmobların təşkil olunması ilə bağlı məlumat yayıb.
DİN-in İctimaiyyətlə əlaqələr və kütləvi informasiya vasitələri ilə iş üzrə şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, paytaxt ərazisində hansısa məzmunda, sayda flaşmobun təşkilinə və keçirilməsinə icazə verilmir: "Xüsusi karantin rejimi çərçivəsində kütləvi tədbirlərlə bağlı tətbiq edilən məhdudiyyətlər qüvvədədir".