Eks-deputatın ağacları kəsməsi təsdiqləndi: İş baş prokurorluqda araşdırılır - FOTO

 Eks-deputatın ağacları kəsməsi təsdiqləndi: İş baş prokurorluqda araşdırılır - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Məclisin eks-deputatı Nəriman Əliyevin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacları kəsməsinə münasibət bildirib. Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə açıqlamasında bildirib ki, ağacların kəsilməsi ilə bağlı müraciət əsasında toplanan materiallar Baş Prokurorluğa göndərilib: “Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. Ərazidə 21 şam ağacının kəsildiyi müəyyənləşib. Faktla bağlı akt tərtib olunub”.

Bakının Nərimanov rayonunda ağacların kəsilməsi faktı ilə bağlı prokurorluqda araşdırma başlayıb.

Məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır. 

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

 


18:06 - 7 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin