Xaçmaz rayonunun Gödəkli kəndində itə ağlasığmaz işgəncə verən şəxs məsuliyyətə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.
O bildirib ki, iti asaraq öldürən şəxslə bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma başladılıb.
“Həmin şəxs-yəni, rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov barəsində fevralın 19-da İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə tədbir görülüb”.