Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olundu

 Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olundu

Xaçmaz rayonunun Gödəkli kəndində itə ağlasığmaz işgəncə verən şəxs məsuliyyətə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, iti asaraq öldürən şəxslə bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma başladılıb. 

“Həmin şəxs-yəni, rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov barəsində fevralın 19-da İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə tədbir görülüb”.

14:54 - 4 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin