Cəlilabadda məktəb yanıb

 Cəlilabadda məktəb yanıb

Cəlilabad rayonunda orta məktəbdə yanğın hadisəsi baş verib.

Hadisə rayonun 3 nömrəli tam orta məktəbində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, yanğın söndürülüb.

Hadisə dərs vaxtı baş versə də, şagirdlər vaxtında təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 1 sinif otağı yanıb.

Faktla bağlı araşdırma aparılır.

19:20 - 3 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin