Yevlaxda minik və yük maşınları toqquşub, ölən var

 Yevlaxda minik və yük maşınları toqquşub, ölən var

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, hadisə martın 2-də rayonun Duzdağ kəndində qeydə alınıb.

Faiq Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb. Araşdırma aparılır.

16:51 - 3 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin