Polisin yanında özünü bıçaqladı

 Polisin yanında özünü bıçaqladı

Qubada mağazalar qarət olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 2-də gecə saat 3 radələrində Quba rayonunun İqriq kəndi ərazisindəki bir mağazadan şüşəni sındırmaq yolu ilə 480 manat dəyərində tütün məmulatı, İsnov kəndi ərazisində isə digər bir mağazanın qarşısından inşaat materialları oğurlanıb. Bu barədə nazirliyin “102 Zəng Mərkəzi” xidmətinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları müvafiq araşdırmalar aparıb və hadisəni “Khazar” markalı avtomobilin sürücüsünün törətdiyi aşkar edilib.

Görülmüş tədbirlərlə həmin avtomobili Bakı-Quba yolunun 26-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları saxlanyıb.

Hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş İ.Bəylərovu polis əməkdaşları saxlayanda o, özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən yüngül xəsarət yetirib.

İ.Bəylərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.  Araşdırma aparılır.

13:19 - 3 Mart 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin