Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı

 Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı

Ukraynada Azərbaycan vətəndaşı əsir götürülüb.

Bu barədə Ukrayana teleqram kanalları məlumat yayıb.

Həmin şəxsin Haqverdiyev Əziz Bədirxan oğlu olduğu bildirilir.

Baku TV saxlanılan şəxsin videoda səsləndirdiyi ünvanda olub, onun ailəsindən hadisənin təfərrüatını öyrənməyə çalışıb.

Əzizin atası Bədirxan Haqverdiyev bildirib ki, oğlu təhsillə əlaqədar Ukraynaya getmişdi: “Dövlət imtahanını verib, diplomunu alıb qayıtmalı idi. Getdi orada da ilişib qaldı. Ayın 15-nə kimi əlaqəmiz var idi. Hətta biletini də almışdım. Dedim ki, Ukraynada vəziyyət qarışacaq, vaxtında oradan çıx”.

Anası Ülkər Quliyeva isə oğlu ilə sonuncu dəfə ayın 21-də danışdığını bildirib:

“Pul göndərdik, zəng elədi ki, pulu aldım. Dedi, xəbər edəcəm, biletimi alın gəlim”.

12:58 - 1 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin