“Formula”ya görə bu küçələr də bağlanır

 “Formula”ya görə bu küçələr də bağlanır

Bakıda daha bir neçə yol "Formula 1" üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq.

Bu barədə Asayis.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

11:20 - 22 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin