Şəhidin abidəsindən oğurluq edildi

 Şəhidin abidəsindən oğurluq edildi

Biləsuvarda Vətən müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinə ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində 2-ci Qarabağ müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından 4 ədəd gül dibçəyinin oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

14:51 - 7 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin