Ukraynaya humanitar yardım daşıyan təyyarələr Azərbaycandan yola düşüb - FOTO

 Ukraynaya humanitar yardım daşıyan təyyarələr Azərbaycandan yola düşüb - FOTO

Ümumi dəyəri 5 milyon avrodan çox olan dərman və tibbi ləvazimatlarla yüklənmiş təyyarələr Azərbaycandan havaya qalxıb.

Bildirilib ki, Bakıdan havaya qalxan İL-76 və "Boing-747" markalı iki təyyarə ümumilikdə 100 ton humanitar yardımla yüklənib.

Təyyarələr Ukraynaya humanitar yardım daşıyırlar.

Yük Polşanın Rzeşov şəhərinə, oradan isə quru yolu ilə Ukraynaya çatdırılacaq.

00:48 - 27 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin