Rus tanklarını dayandırmaq üçün özünü körpüdə partlatdı…

 Rus tanklarını dayandırmaq üçün özünü körpüdə partlatdı…

Ukraynanın Xerson vilayətində Geniçesk şəhəri ərazisində avtomobil körpüsünün partladılması zamanı əlahiddə istehkamçı batalyonun mühəndisi, matros Vitali Skakun həlak olub.
 

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş Qərargahı məlumat yayıb. 

Körpü Rusiya tank kolonunun keçidini əngəlləmək üçün ukraynalı hərbçilər tərəfindən minalanıbmış. 

Həlledici anda rabitə əlaqəsinə çıxan Skakun bildirib ki, körpünü partlatmağı qərara alıb. Həmin an da partlayış səsi eşidilib. Matros Skakun düşmən texnikasının yolunu bağlamaq üçün özünün də olduğu körpünü partladıb.

Onun bu qəhrəmanlığı rus tanklarının hərəkətini əhəmiyyətli dərəcədə ləngidib. Nəticədə ukraynalı döyüşçülər mövqe tutmaq və müdafiə olunmaq üçün əlverişli yer seçə biliblər. 

Dəniz piyadalarının komandanlığı Vitali Vladimiroviç Skakunun dövlət təltifinə layiq görülməsi üçün vəsatət qaldırıb. 

Qeyd edək ki, bənzər hadisə Qara dənizdəki Zmeinıy (İlanlı – red.) adasında qeydə alınmışdı. Rusiya hərbi gəmisinin təslim olmaq barədə xəbərdarlığına boyun əyməyən Ukrayna hərbçiləri gəmidən açılan atəş nəticəsində həlak olublar…

17:45 - 25 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin