Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Xüsusi Riskli Xilasetmə Xidmətinə yeni rəis müavini təyin edib.
Buta.ws Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə polkovnik Elsəvər Quliyev xidmətin rəis müavini təyin olunub.
Qeyd edək ki, Elsəvər Quliyev 1981-ci ilin 19 iyununda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub.
Bakı Dövlət Universitetini bitirib.