Bu küçədən sola dönməyin: Kamera çəkir, cərimə olunacaqsınız - VİDEO

 Bu küçədən sola dönməyin: Kamera çəkir, cərimə olunacaqsınız - VİDEO

Paytaxtın daha bir küçəsində kameralar işə düşüb.
Asayis.Az avtosfer.az-a istinadən xəbər verir ki, söhbət Akim Abbasov küçəsilə Mirəli Seyidov küçəsinin kəsişməsindən (Yasamal parkının yaxınlığından) gedir. Belə ki, A.Abbasov küçəsində hərəkətin düzünə təşkil edilməsi ilə bağlı asfalt üzərində nişanlanma xətti var. Lakin sürücülər həmin kəsişmədə nişanlanma xəttinin tələbini pozaraq sola dönürdülər.

Hal-hazırda sözügedən kəsişmədə quraşdırılmış nəzarət kameraları işə düşüb.  Sola dönən sürücülər barəsində elektron qaydada cərimələr tətbiq edilir.
 

 

16:45 - 6 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin