Azərbaycan Prezidenti İlham Əliyev sabah Rusiyaya səfər edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İlham Əliyevin Moskvaya səfəri zamanı Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd imzalanması nəzərdə tutulur.
Prezident İlham Əliyevin Rusiyaya səfəri yenilik deyil, uzun müddətdir hazırlanan səfərdir. Azəbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənədin imzalanması ilə bağlı iş 2021-ci ilin əvvəlindən başlayıb.
Qeyd edək ki, 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanmışdı. İndi isə Şuşa bəyannaməsinə oxşar sənədin Azərbaycanla Rusiya arasında imzalanması gözlənilir. Prezident İlham Əliyev hələ Yeni il münasibətilə xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Buna görə də Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinin imzalanması yeni gündəmə çıxan məsələ deyil.