Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Zaur Əliyev Bakı şəhər Binəqədi RPİ-nin əməliyyat işi üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, o, bundan əvvəl Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi olub.