Bakıda evə basqın edən qadınlara hökm oxundu

 Bakıda evə basqın edən qadınlara hökm oxundu

Bakıda evə basqın edən qadınlar - Səma Əsədova və Dilək İbrahimovaya hökm oxunub və onlar 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin mayında Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini S.Əsədova və paytaxt sakini D.İbrahimova Maştağada yaşayan vətəndaşın bədəninin müxtəlif nahiyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışıblar.

Hadisə ilə bağlı dərhal Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində onlar saxlanılıb.

Hər iki şəxs törətdikləri hadisəni etiraf edib.

Hadisə zamanı S.Əsədova və D.İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus “Mitsubishi” markalı avtomobilin açarlarını götürüblər.

16:33 - 21 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin