Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi açıqlanıb

 Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi açıqlanıb

Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi açıqlanıb.

Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev bildirib ki, qəzaya əsas səbəb sürət həddinin yüksək olmasıdır: “Düzdür, Bakı-Quba yolunun bəzi hissələrində nahamarlıqlar var. Məhz bu səbəbdən həmin yolda sürət həddi 110 km saatdan 90 km saata endirilib. Hətta bəzi yerlərdə daha aşağı sürət həddi müəyyən edilib. Məlumdur ki, yolda təmir işləri davam edir.

Qanunvericilikdə də göstərilir ki, sürücü yolun vəziyyətini, hərəkət şəraitini nəzərə alaraq ona uyğun sürət həddi seçməlidir”.

Onun sözlərinə görə, həmin qəzada bir sıra digər amillər də var. Belə ki, qəzaya düşən şəxslərin yaxınları vəfat etdiyi üçün tələsik yola çıxıblar. Ailənin vəziyyəti, həm stress və həyəcan, həm də yüksək sürət həddi qəzanın baş verməsinə təsir göstərib.

Xatırladaq ki, həyatını itirən ata, ana və azyaşlı övladları Qusar rayonunda dəm qazından zəhərlənərək ölən 5 nəfərdən ibarət ailənin yaxın qohumları olub.

11:07 - 21 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin