Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Bu barədə “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində bildirilib.
Vurğulanıb ki, görüşün gələn həftə baş tutması gözlənilir.
“Xarici liderlərin mühüm səfərləri gələn həftə də davam edəcək. Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfəri, həmçinin Pakistanın baş nazirinin də Kremlə gələcəyi gözlənilir”, - deyə proqramda qeyd olunub.