Sabunçuda ev yanıb

 Sabunçuda ev yanıb

Sabunçu rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18:15 - 20 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin