Bakıda daha bir məhkum ölüb.
Hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.
Orada müalicə alan Cənnət Məcidov vəfat edib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, 66 yaşlı Cənnət Məcidov əvvəllər 7 dəfə məhkumluq həyatı yaşayıb. Onlardan 4-ü qanunsuz olaraq silah gəzdirmə, 1-i oğurluq, 2-si isə narkotik maddələrin alqı-satqısına görə olub. Sonuncu dəfə o, 2021-ci il mart ayında, “Makarov” markalı tapançanı satarkən tutulub.