Bakıda maskalı şəxslər şirkətə basqın etdi

 Bakıda maskalı şəxslər şirkətə basqın etdi

Bakıda maskalı şəxslər şirkətə basqın edib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin həyətinə 2 maskalı şəxsin girməsi barədə məlumat daxil olub. Onlar həyətdəki traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyiblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar - P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

13:51 - 19 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin