Lənkəranda avtomobil qəzasında 2 nəfər xəsarət alıb.
Qəza köhnə Ələt-Astara yolunun 212-ci kilometrliyində Lənkəran şəhərinin Səpnəkəran kəndi ərazisində qeydə alınıb.
Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü Rəvan Ağaddin oğlu Hüseynovun idarə etdiyi 99-LC-994 dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobillə Bürcəli kənd sakini, 1995-ci il təvəllüdlü Zakir Elxan oğlu Nağızadənin idarə etdiyi 42-BO-725 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilində olan və ağır bədən xəsarətləri alan Bürcəli kənd sakini, 1993-cü il təvəllüdlü Elvin Əhməd oğlu Əhmədli və digər sərnişin, Xanbulan kənd sakini, 2003-cü il təvəllüdlü Habil Ruslan oğlu Şahbazov təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.