AZAL Naxçıvana uçuşlar üçün Ermənistana ödəniş edib

 AZAL Naxçıvana uçuşlar üçün Ermənistana ödəniş edib

Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Ermənistana aeronaviqasiya xidmətlərinə görə təxminən 32 min avro ödəyib.

Məlumata görə, bu barədə "Sputnik Armenia" Ermənistanın Mülki Aviasiya Komitəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, ötən ilin oktyabrın 6-dan AZAL Bakıdan Naxçıvana sərnişin reyslərinin həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

"Bildiririk ki, 2021-ci il oktyabrın 6-dan dekabrın 31-dək "Armaeronaviqasiya" tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün şirkət EUROCONTROL beynəlxalq təşkilatının mərkəzi marşrut haqları üzrə ofisi vasitəsi ilə 31 901,77 avro ödəyib", - məlumatda deyilir.

17:58 - 16 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin