Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.
Hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Elməddin Həsənov 1995-ci il təvəllüdlü həyat yoldaşı Həsənova Laləni və 2014-cü il təvəllüdlü qızı Q.Həsənovanı bıçaqla qətlə yetirib.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Məlumata görə, qətli törədən Elməddin Həsənov əsəb xəstəliyindən əziyyət çəkirmiş. Hadisənin də bu səbəbdən törədildiyi bildirilir.