Jurnalistlər Cavanşir Feyziyev barəsində xüsusi ittiham qaydasında şikayət verib

 Jurnalistlər Cavanşir Feyziyev barəsində xüsusi ittiham qaydasında şikayət verib

Deputat Cavanşir Feyziyev barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

Bir qrup jurnalist C.Feyziyevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edib.

Şikayət Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 17-ə təyin edilib.

Qeyd edək ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev sosial şəbəkə hesabında bir qrup jurnalistin ünvanına xoşagəlməz ifadələr yazıb.

Buna səbəb isə London Məhkəməsində Feyziyevlər ailəsinə məxsus 5 milyon funt-sterlinqlə bağlı qalmaqal olub.

16:23 - 13 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin