Bu marşrut xətti "Baku Bus"a verildi

 Bu marşrut xətti

Nazirlər Kabinetinin 52 nömrəli qərarının tələbləri əsasında 57 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin qalibi "Baku Bus" MMC elan olunub.

Asayis.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Qeyd olunur ki, fevralın 24-dən etibarən bu xətt üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gedişhaqqı nağdsız qaydada həyata keçiriləcək.

"57 nömrəli marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti qənaətbəxş deyil. Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi Xətai rayonun 10 min nəfərdən artıq əhalisi olan “Həzi Aslanov” adlanan yaşayış sahəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada təşkilinə imkan verəcək", - BNA bildirir.

Məlumata əsasən, sərnişindaşımaların icrasında çatışmazlıqların aşkarlandığı müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması davam etdirilir.

15:47 - 23 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin