Gürcü telekanalında maraqlı “səhv” 

 Gürcü telekanalında maraqlı “səhv” 


Gürcüstanın "İmedi" telekanalının xəbərlər proqramında arxa fonda olan şəkildə şüşə qabların üstündə ermənicə "Qarabağ Azərbaycandır", "Dolma Azərbaycanındır" yazısı gedib.


Qeyd edək ki, son günlər Gürcüstan və Ermənistan arasında “qatıq qalmaqalı” yaranıb. Gürcüstan Ermənistanda istehsal olunan “Matsun” etiketli süd məhsulunun öz ərazisi vasitəsilə Rusiyaya ixrac edilməsinə qadağa qoyub.
Səbəb Gürcüstanın “matsoni” adını özünün coğrafi göstəricisi kimi qeydiyyata alması olub.
Bildirilir ki, bunun ardınca Ermənistanda istehsalçı şirkət sözügedən məhsulu Rusiyaya “erməni dağ yoqurtu” adı altında ixrac etməyə başlayıb.


Şirkət bildirib ki, Rusiya “matsun” adının istifadə olunmasına etiraz etmir. Lakin məhsul Rusiyaya Gürcüstan ərazisindən ixrac olunduğundan etiketləmə ilə bağlı problem yaranır.

Telekanal daha sonra açıqlama yayaraq, bunun sadəcə texniki səhv olduğunu qeyd edib.

18:38 - 10 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin