“Tərtər işi”nə görə həbs edilən polkovnik - FOTO

 “Tərtər işi”nə görə həbs edilən polkovnik - FOTO

Ötən gün Baş Prokurorluq “Tərtər işi” ilə bağlı həbs olunan bir sıra şəxslərin adlarını açıqlayıb. 

Həbs edilənlər arasında polkovnik Ələsgərov Vüsal Əziz oğlu da var.

Qeyd edək ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. 


10:54 - 10 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin