Ermənistan Azərbaycana avtomobil əlaqəsinin bərpası ilə bağlı təklif təqdim edib.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Biz yollarla bağlı təklifləri formalaşdırıb Azərbaycan tərəfinə, Rusiya və beynəlxalq tərəfdaşlara təqdim etmişik. Azərbaycandan müsbət cavab alan kimi biz avtomobil nəqliyyatı əlaqəsinin bərpası və tikintisi prosesini həyata keçirməyə hazırıq", - Paşinyan bildirib.