2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 803,5 kilometr uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və təmir edilib.
Asayis.Az report-a istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və 2022-ci ildə görülmüş işlərə dair Zəngilan rayonunda bu gün keçirdiyi brifinqdə bildirib.
“Yenidən qurulmuş və təmir edilmiş yolların 234,3 kilometri respublika əhəmiyyətli, 398 kilometri yerli əhəmiyyətli, 171,2 kilometri isə Bakının yollarıdır",- S. Məmmədov deyib.