Dizellə işləyən avtomobil sürücülərinin NƏZƏRİNƏ! - VİDEO

 Dizellə işləyən avtomobil sürücülərinin NƏZƏRİNƏ! - VİDEO

Avropa Parlamenti 2035-ci ildən etibarən Avropa İttifaqı ərazisində benzin və dizel yanacağı ilə işləyən avtomobillərin satışını qadağan edən təklifi təsdiqləyib.

Həmin ildən satışa çıxarılacaq bütün yeni avtomobillər ekoloji tələblərə tam cavab verməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Asayis.Az-a bildirilib ki, hazırda ölkəmizdə nəqliyyat vasitələrinin atmosferə vurduğu zərərin azaldılması istiqamətində işlər aparılır. Bu tədbirlər əsasən təşviqedici xarakter daşıyır.

Nazir müşaviri Rasim Səttarzadə "Xəzər Xəbər"ə deyib ki, burada məqsəd hibrid və elektromobillərə keçidi sürətləndirməkdir. Köhnə avtomobillərin istismardan çıxarılması üçün digər işlər görülür.

16:37 - 17 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin