Hollandiyanın yeni nazirinin paylaşdığı fotodakı portretin sirri

 Hollandiyanın yeni nazirinin paylaşdığı fotodakı portretin sirri

Hollandiyanın yeni naziri erməni qadının fotosu ilə şəkil çəkdirib.
1984-cü ildə terror təşkilatı PKK-nın silahlısı kimi Hollandiyaya qaçan və sol terror təşkilatlarına bağlı Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz Hollandiyanın yeni ədliyyə naziri olacaq.

Yeşilgözün qarşısında çəkdirdiyi fotoşəkil isə böyük marağa səbəb olub.“Gündəmə Dair Hərşey (GDH)”in araşdırmasında maraqlı detallara toxunulub

Gəlin həmin fotoya daha yaxından nəzər salaq. “Foto 1990-cı ildə Ermənistanın Qarabağı işğal etdiyi dönəmdə çəkilib. Fotoda 106 yaşında olan erməni qadın əlində “AK-47 Kalaşnikov”u tutub. 
Foto Ermənistanın Qarabağla bağlı iddiaları üçün simvol roluna çevrilmişdi”.


13:12 - 5 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin