Mərdəkanda villadan oğurluq, 18 minlik qızıl apardılar

 Mərdəkanda villadan oğurluq, 18 minlik qızıl apardılar

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Mərdəkan qəsəbəsindəki evlərin birindən 600 manat pul, 2000 ABŞ dolları və 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov və İ.Abbasov saxlanılıblar.

11:35 - 8 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin