Bakıda avtobusla minik maşını toqquşub, xəsarət alanlar var - FOTO

 Bakıda avtobusla minik maşını toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda yol qəzası baş verib.


Hadisə paytaxtın Suraxanı rayonu, Suraxanı qəsəbəsində qeydə alınıb.

161 nömrəli sərnişin avtobusu ilə “Oka” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan iki nəfər sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan iki nəfər çıxarılıb və adiyyatı üzrə təhvil veriliblər.

17:31 - 7 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin