Avtovağzaldan maşın qaçırılıb

 Avtovağzaldan maşın qaçırılıb

Bakıda avtovağzaldan maşın qaçırılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 7-də Beynəlxalq Avtovağzal Kompleksi ərazisindən Bakı şəhər sakini O.Məmmədova məxsus “VAZ-2104” markalı avtomobili qaçırılıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini K.Mikayılov Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

11:27 - 7 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin