Unun qiyməti 35,9 manat, çörəyin qiyməti 50 və 65 qəpik olacaq - RƏSMİ

 Unun qiyməti 35,9 manat, çörəyin qiyməti 50 və 65 qəpik olacaq - RƏSMİ

Un və un məmulatlarının qiyməti ilə bağlı məlumat yayılıb.

Ərzaqlıq buğdanın hazırkı idxal qiymətini (Rusiya Federasiyasında ərzaqlıq buğdanın orta aylıq ixrac qiyməti 338 ABŞ dolları) nəzərə alaraq daxili bazar qiymətləri belə proqnozlaşdırılıb: 50 kiloqramlıq 1 kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik nəzərdə tutulur. Bu rəqəmləri yaxın coğrafi ölkələrdəki un və çörəyin qiymətləri ilə müqayisə etdikdə Azərbaycanda çörəyin qiymətinin daha ucuz olduğuna şahid olarıq. Belə ki, Azərbaycanda 500 qramlıq çörəyin qiyməti 50 qəpik olduğu halda, Gürcüstanda minimum 57 qəpik, maksimum 66 qəpik, Rusiyada 1 manat, Ukraynada minimum 1 manat 26 qəpik, maksimum 1 manat 46 qəpik, Qazaxıstanda minimum 51 qəpik, maksimum 55 qəpik, Ermənistanda isə 81 qəpikdir.

22:03 - 4 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin