Bakıda avtomobil səkiyə çırpılaraq yanıb - FOTO/VİDEO

 Bakıda avtomobil səkiyə çırpılaraq yanıb - FOTO/VİDEO

Bakının Yasamal rayonu, M.Müşfiq küçəsində avtomobildə yanğın baş verib.

Asayis.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılan “TOYOTA” markalı minik avtomobilində yanğın baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. Yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

https://www.youtube.com/watch?v=2OUFQFPa9EU

12:10 - 1 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin