Azərbaycanda qəza - 4 maşın bir-biri ilə toqquşdu - FOTO

 Azərbaycanda qəza - 4 maşın bir-biri ilə toqquşdu - FOTO

İsmayıllı-Qaraməryəm-Şəki yolunda zəncirvarı qəza olub.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, hadisə yolun Basqal kəndindən keçən hissəsində qeydə alınıb.

“QAZ-53”, “VAZ 2107”, “Mercedes” və “Lada-099” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “QAZ-53”-ün sürücüsü yüngül xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

15:10 - 31 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin