Bakıda evdə güclü partlayış - Əcnəbi tələbələr yaralandı

 Bakıda evdə güclü partlayış - Əcnəbi tələbələr yaralandı

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.

Asayis.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şəhər şosesi döngə 2, ev 8 ünvanında qaz sızması nəticəsində partlayış olub.

Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsartləri alıb.

12:05 - 31 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin