Dünyada ən faydalı istehsal bitkisi olan çətənə niyə qadağan edildi?- MARAQLI FAKTLAR

 Dünyada ən faydalı istehsal bitkisi olan çətənə niyə qadağan edildi?- MARAQLI FAKTLAR

Çətənənin istehsalı və satışı, dünyanın bəzi ölkələrində tamamilə qadağandır, bəzilərində isə məhdud olaraq həyata keçirilir. Azərbaycan da, çətənənin qadağan və narkotik maddə kimi qəbul edildiyi ölkələrdən biridir. 

Bəs qədim tarixlərdə istehsalı geniş olan və hətta Amerikada əkməyən fermerlərin həbsə atılmasına səbəb olan bu bitki, nə üçün bizim düşmənimizdir? Çətənə bizə nə edib? Bu sualın cavabını verməzdən əvvəl, çətənənin heç bilmədiyiniz faydalarına bir baxaq:

1. Bir hektar çətənə, 25 hektar meşə qədər oksigen istehsal edir.

2. Bir hektar çətənədən, 4 hektar ağacdan edilənə bərabər kağız istehsal edilə bilər.

3. Çətənə 8 dəfə kağıza çevrilərken, ağaca 3 dəfə kağıza çevirə bilər.

4. Çətənə 4 ayda yetişir, bir ağaca isə 20-50 ildə ...

5. Çətənə, əsl radiasiya təmizləyicidir.

6. Çətənə dünyanın hər yerində yetişdirilə bilər və çox az suya ehtiyac duyur. Bundan başqa özünü böcəklərdən qoruya bildiyi üçün kənd təsərrüfatı dərmanlarına da ehtiyac duymur.

7. Çətənə ilə hazırlanan tekstil məhsulları yayılsa, kənd təsərrüfatı dərmanı sektoru tamamilə ləğv olunar.

8. İlk cins şalvar, çətənədən hazırlanıb; hətta "kətan" sözü çətənə məhsullarına verilən addır.

Çətənə bundan başqa ip, kəndir, çanta, ayaqqabı, papaq istehsalı üçün də ideal bir bitkidir.

9. Çətənə, QİÇS və xərçəng müalicəsində kemoterapi və radiasiya təsirini azaltmaq; rematizma ürək, sara, astma, mədə, yuxusuzluq, psixologiya, onurğa narahatlıqları kimi ən az 250 xəstəliyin müalicəsində istifadə edilməkdədir.

10. Çətənə toxumunun protein dəyəri çox yüksəkdir və içindəki 2 yağ turşusu da təbiətdə başqa heç bir yerdə yoxdur.

11. Çətənə istehsalı soyadan belə daha ucuzdur.

12. Çətənə ilə qidalanan heyvanlar, əlavə hormona ehtiyac duymur.

13. Plastik məhsulların hamısı, çətənədən istehsal oluna bilər və çətənə plastikinin təbiətə geri qaytarılması olduqca asandır.

14. Bir avtomobilin gövdəsi çətənədən hazırlansa, dözümlülüyü poladdan tam 10 qat çox olar.

15. Binaların izolyasiyası üçün də istifadə edilə bilər; dayanıqlı, ucuz və elastikdir.

16. Çətənə ilə hazırlanan sabunlar və kosmetika məhsulları, suyu kirlətmir; yəni tamamilə təbiət dostudur.

Saysız faydası olan çətənə, bir zamanlar dünyanın ən əhəmiyyətli istehsal bitkilərindən biri idi. Bu gün isə istehsalı qadağandır.

Hətta Amerikada 18-ci əsrdə istehsalı məcburi idi və əkməyən fermerlər həbs edilirdi. Ancaq vəziyyət indi tam tərsinə çevrilib.

W. R. Hearst, 1900-cı illərdə Amerikada qəzet, jurnalların və medianın sahibi idi. Meşələri vardı və kağız istehsal edirdi. Əgər çətənədən kağız hazırlansa, milyonlarını itirərdi.

Rokfeller, dünyanın ən zəngin adamı idi. Neft şirkəti vardı. Bioyanacaq olan çətənə yağı da, əlbəttə, onun ən böyük düşməni idi.

Mellon, Düpon şirkətinin əsas səhmdarı və neft məhsullarından plastik istehsal etmək üçün patentə malik idi. Və çətənə sənayesi, onun bazarını təhdid edirdi.

Sonra isə, Mellon ABŞ prezidenti Hooverin maliyə naziri oldu. Bu bəhs etdiyimiz böyük milyarderlər keçirdikləri toplantılarda, çətənənin bir düşmən olduğuna qərar verdilər. Və onu aradan qaldırdılar. Media vasitəsilə, marixuana sözüylə birlikdə çətənəni, insanların beyninə, zəhərli narkotik kimi yeritdilər. Çətənə dərmanları bazardan çıxarıldı, bunun yerini bu gün istifadə edilən kimyəvi dərmanlar alıb. Kağız istehsalı üçün meşələr məhv edilir. Kənd təsərrüfatı dərmanları ilə zəhərlənmə və xərçəng xəstəliyi artıb.

Və dünyamızı plastik zibillərlə, zərərli tullantılarla doldurduq. 

İnsan, təbiəti məhv etməyin bir yolunu hər zaman tapır. Elə deyilmi?

15:10 - 3 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin