Binəqədidə ikimərtəbəli evdə yanğın olub

 Binəqədidə ikimərtəbəli evdə yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda yaşayış evində yanğın olub.

Bununla bağlı Asayis.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, ümumi sahəsi 180 kvadratmetr (hər mərtəbəsi 90 kvadratmetr, arakəsmə divarları və tavanı taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 32 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15:39 - 30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin