Robert Eyyubov federasiyada vitse-prezident oldu - FOTO

 Robert Eyyubov federasiyada vitse-prezident oldu - FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 3-cü vitse-prezidenti Robert Eyyubov təyin olunub.

Bu barədə federasiyanın mətbuat xidmətindən  məlumat verilib.

Bildirilib ki, R.Eyyubov ötən il dekabrın 8-də İcraiyyə Komitəsi tərəfindən bu vəzifəyə seçilib. Lakin o, ötən gün ilk dəfə AzVİF-in iclasına qatılıb.

Xatırladaq ki, Robert Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun yaxın qohumudur.

Qeyd edək ki, R.Eyyubovun AzVİF-ə vitse-prezident təyin olunması ilə bağlı ilk xəbəri fanat.az saytı yayıb.


12:11 - 3 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin