Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 3-cü vitse-prezidenti Robert Eyyubov təyin olunub.
Bu barədə federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, R.Eyyubov ötən il dekabrın 8-də İcraiyyə Komitəsi tərəfindən bu vəzifəyə seçilib. Lakin o, ötən gün ilk dəfə AzVİF-in iclasına qatılıb.
Xatırladaq ki, Robert Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun yaxın qohumudur.
Qeyd edək ki, R.Eyyubovun AzVİF-ə vitse-prezident təyin olunması ilə bağlı ilk xəbəri fanat.az saytı yayıb.