Mayk Tayson ikinci dəfə təcavüzdə ittiham olunur

 Mayk Tayson ikinci dəfə təcavüzdə ittiham olunur

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson ikinci dəfə təcavüzdə ittiham olunub.

Asayis.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" qəzetinin məlumatında bildirilir.

Adı açıqlanmayan qadın iddia edir ki, hadisə 1990-cı illərin əvvəllərində ABŞ-nin Olbani şəhərində baş verib.

Bildirilib ki, boksçu onu rəfiqəsi ilə limuzinə dəvət edib və maşında zorlayıb.

Qadın 5 milyon dollarlıq təzminat tələb edir.

Xatırladaq ki, Mayk Tayson 1992-ci ildə gözəllik müsabiqəsinin iştirakçısı olmuş qadını zorladığına görə azadlıqdan məhrum edilib.

15:20 - 25 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin