Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson ikinci dəfə təcavüzdə ittiham olunub.
Asayis.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" qəzetinin məlumatında bildirilir.
Adı açıqlanmayan qadın iddia edir ki, hadisə 1990-cı illərin əvvəllərində ABŞ-nin Olbani şəhərində baş verib.
Bildirilib ki, boksçu onu rəfiqəsi ilə limuzinə dəvət edib və maşında zorlayıb.
Qadın 5 milyon dollarlıq təzminat tələb edir.
Xatırladaq ki, Mayk Tayson 1992-ci ildə gözəllik müsabiqəsinin iştirakçısı olmuş qadını zorladığına görə azadlıqdan məhrum edilib.