Bakıda şagird sinif yoldaşının burnunu sındırdı

 Bakıda şagird sinif yoldaşının burnunu sındırdı

Bakıda məktəblilər arasında dava olub.

Məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisindəki məktəblərdən birində qeydə alınıb.

Həmin məktəbin 11-ci sinif şagirdləri arasında düşən dava zamanı məktəblilərdən biri baş zərbəsi ilə Kənan Şabutovun burnunu sındırıb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən araşdırma aparılır.//lent.az

17:18 - 2 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin