Bakının yeni təmir olunmuş yolundan şikayətlər var - FOTO/VİDEO

 Bakının yeni təmir olunmuş yolundan şikayətlər var - FOTO/VİDEO

Nəsimi rayonu Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsi təmir edilib. Ərazidə qum üzərində düzülən kiçik ölçülü qranit daş örtüyü sökülərək yerində yeni asfalt-beton örtüyü salınıb.

Asayis.Az xəbər verir ki, vətəndaşların istifadəsinə verilən yeni yolun təmiri şəhərin estetik görünüşü baxımından göz oxşasa da, məlum oldu ki, vətəndaşların problemi tamlıqla həll edilməyib.

Həmin yoldan istifadə edən vətəndaşlar və tələbələr oradakı piyada keçidi yeri ilə bağlı narazıdırlar. Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə çoxsaylı şikayətlər daxil olub.

Bildirilib ki, sözügedən ərazidə iki piyada keçidi arasındakı məsafə olduqca böyükdür. 

Vətəndaşlar, eləcə də tələbələr yolun Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin önünü əhatə edən hissəsindən o biri hissəsinə keçmək üçün üzü yuxarı "28 Mall" ticarət mərkəzinin yanına gedib oradakı piyada keçidindən istifadə etməli olurlar.

Bəziləri bunu vaxt qıtlığı səbəbindən edə bilmir. Yolun digər hissəsinə tez keçmək üçün həyatlarını təhlükəyə ataraq bir başa avtomobil yolundan istifadə edirlər. Bu da həmin ərazidə qəza şəraitini qaçınılmaz edir.

Vətəndaşlar, "Bu qədər avtomobillərin arasından keçirik. Təhlükəsizliyimiz bizim üçün vacibdir. Normal piyada keçidi olsa biz də rahatlıqla istifadə edərik", - deyə piyada keçidinin olmamasından şikayətləniblər. 

16:59 - 24 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin