Novxanıda mağazanı yardılar: 300 manat nağd pul, 700 manatlıq ərzaq apardılar

 Novxanıda mağazanı yardılar: 300 manat nağd pul, 700 manatlıq ərzaq apardılar

Abşeron rayonu, Novxanı qəsəbəsində marketlərin birində oğurluq hadisəsi baş verib.

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə Novxanı bağları, Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, gecə saatlarında marketə girən oğrular 300 manat nağd pul və 700 manatlıq ərzaq və içkilər aparıblar. 

Oğurluq hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.

https://baku.tv/hadise/novxanida-magazani-yardilar-300-manat-nagd-pul-700-manatliq-erzaq-apardilar

15:30 - 24 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin