Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki Surp Pırgiç erməni katolik kilsəsinin yataqxana hissəsində yanğın baş verib.
Asayis.Az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Hadisə zamanı 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Şahidlərin dediyinə görə, yanğın zamanı 3 partlayış səsi eşidilib.
Yanğınsöndürənlərin 4 saatlıq fəaliyyətindən sonra yanğın söndürülüb.
https://www.youtube.com/watch?v=kgaVlrzvDdU&t=1s